Bakı. Trend:
Azərbaycan Kubokunun 25 mayda keçiriləcək final görüşündən öncə konsert proqramı təşkil olunacaq.
Trend PFL-in saytına istinadən məlumat verir ki, saat 19:00-da başlanacaq proqramda Azərbaycanın xalq artisti Aygün Kazımova, eləcə də Rauf iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycan Kubokunun "Qarabağ" və "Neftçi"nin iştirakı ilə keçiriləcək final oyunu Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.