...

"Zirə" 5 futbolçu ilə yeni müqavilə imzaladı

İdman Materials 23 May 2016 16:00 (UTC +04:00)
Premyer Liqada debüt mövsümünü gümüş medalla başa vuran “Zirə”də heyətlə bağlı işlərə start verilib.
"Zirə" 5 futbolçu ilə yeni müqavilə imzaladı

Bakı. Trend:

Premyer Liqada debüt mövsümünü gümüş medalla başa vuran "Zirə"də heyətlə bağlı işlərə start verilib.

Trend klubun saytına istinadən məlumat verir ki, artıq komandanı tərk edən və yeni müqaviləyə imza atan bəzi futbolçuların adı məlumdur. Anar Nəzirov, Elvin Məmmədov, Aleksandr Şemonayev, Nurlan Novruzov və Kamal Bayramovla yeni müqavilə imzalanıb. Futbolçuların hər birinin yeni müqaviləsi bir il müddətinədir. Həmçinin Nelson Bonillanın daha bir il "Zirə"də qalmasına qərar verilib. Klub hücumçu ilə ötən il "1+1" il şərti ilə bağlanmış müqavilədə göstərilən hüququndan istifadə edərək, anlaşmanı daha bir illiyə uzadıb.

Komandadan ayrılan futbolçuların da bəzilərinin adları dəqiqləşib. Belə ki, "Zirə" Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezie Mbah, Luis Alberto Diez və Dieqo Souza ilə yollarını ayırıb. Hazırda müqaviləsi başa çatan digər futbolçularla danışıqlar davam edir və yaxın günlərdə onlarla bağlı da açıqlama veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti