...

Sergey Karyakin: "Raufun gözləmədiyi gedişi etdim"

İdman Materials 1 İyun 2016 20:56 (UTC +04:00)
Sergey Karyakin həmyerlimiz Rauf Məmmədovla nəticədən razı qaldığını deyib.
Sergey Karyakin: "Raufun gözləmədiyi gedişi etdim"

Bakı. Trend:

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess-2016" superturnirinin VI turunda Rusiya təmsilçisi Sergey Karyakin həmyerlimiz Rauf Məmmədovla nəticədən razı qaldığını deyib.

O qeyd edib: "Rəqibin gözləmədiyi gedişi etdim. Əvvəlcədən hazırlaşdığım taktikanı işlətdim. Heç-heçə ədalətli nəticədir. Çünki bu oyunu ağlarla oynamışam. Ona görə də heç-heçə ilə başa çatdığını bilirəm. Məmmədov yaxşı şahmatçıdır, çox diqqətli oynayırdı".

Dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə görüşəcək S.Karyakin Şəmkirdə qarşılaşdığı qonaqpərvərliyi qeyd etməyi unutmadı: "Şəmkirdəki turnir dostum Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqar hər zaman bizimlədir. Məhz bu amil Şəmkir yarışının əhəmiyyətini artırır. Təşkilatçılar onun adına layiq yarış təşkil ediblər. Təşkilatçılıq yüksək səviyyədədir, buna görə də təşəkkür edirəm".

S.Karyakin futbol üzrə Avropa çempionatında Rusiya yığmasına azarkeşlik etdiyini vurğuladı. Onun sözlərinə görə Rusiya Avro-2016-da layiqli oyunla fərqlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti