...

Avro-2016: UEFA Rusiya yığmasını cəzalandıracaq

İdman Materials 12 İyun 2016 15:13 (UTC +04:00)
UEFA İntizam Komitəsinin iyunun 14-də keçiriləcək iclasında Rusiya yığmasına qarşı bir sıra sanksiyalar qəbul ediləcək.
Avro-2016: UEFA Rusiya yığmasını cəzalandıracaq

Bakı. Trend:

UEFA İntizam Komitəsinin iyunun 14-də keçiriləcək iclasında Rusiya yığmasına qarşı bir sıra sanksiyalar qəbul ediləcək.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb ötən gün Fransada keçirilən futbol üzrə Avropa çempionatında İngiltərə-Rusiya oyunu zamanı və oyundan sonra rus fanatların ingilis azarkeşlərə qarşı hərəkəti, eləcə də stadionda iğtişaş yaradaraq irqçi şüarlar səsləndirməsi və pirotexniki vasitələrdən istifadə etməsidir.

Rusiyalı azarkeşlər ingiltərəli fanatların sektoruna hücum ediblər

Rusiyalı azarkeşlər ingiltərəli fanatların sektoruna hücum ediblər

Qeyd edək ki, İngiltərə-Rusiya oyunu 1:1 hesabı ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti