...

Xorvatiyalı qapıçı "Neftçi"də

İdman Materials 23 İyun 2016 20:20
"Neftçi” futbol klubu xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb.
Xorvatiyalı qapıçı "Neftçi"də

Trend-i buradan izləyin

Bakı. Trend:

"Neftçi” futbol klubu xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb.

Trend klubun saytına istinadən məlumat verir ki, peşəkar karyerasına Xorvatiyanın "Zadar” klubunda başlamış qapıçı daha sonra "Seqesta”, "Moslavina”, "İnter” (Zapreşiç) kimi klubların formasını geyinib.

2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı "Zarya” klubunun şərəfini qoruyub. K.Santini son olaraq Kiprin "Enosis” klubunda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti