...

Yay Olimpiya Oyunlarının açılışında 45 ölkə lideri iştirak edəcək

İdman Materials 5 Avqust 2016 13:47 (UTC +04:00)
Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində 45 ölkənin dövlət və hökümət başçısı iştirak edəcək.
Yay Olimpiya Oyunlarının açılışında 45 ölkə lideri iştirak edəcək

Bakı. Elçin Huseynov - Trend:

Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində 45 ölkənin dövlət və hökümət başçısı iştirak edəcək. Bu barədə Trend Braziliyanın "UOL" saytına istinadən xəbər verir.

Açılış mərasimi avqustun 6-da Bakı vaxtı ilə saat 03.00-da Rio-de-Janeyronun məşhur "Marakana" stadionunda keçiriləcək.

Qeyd edək ki, 2012-ci ilin Olimpiadasının açılış mərasimində 69, 2014-cü il Olimpiadasının açılış mərasimində isə 50 dövlət və hökümət başçısı iştirak edib.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası 18 idman növü üzrə 56 idmançı ilə təmsil olunacaq. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti