...

Rio-2106: Cüdoçumuz 1/8 finala vəsiqə qazanıb

İdman Materials 7 Avqust 2016 18:22 (UTC +04:00)
Cüdoçumuz Nicat Şixalizadə Rio 2106 Olimpya Oyunlarında 1/8 finala vəsiqə əldə edib
Rio-2106: Cüdoçumuz 1/8 finala vəsiqə qazanıb

Bakı. Trend:

Cüdoçumuz Nicat Şixalizadə Rio 2106 Olimpya Oyunlarında 1/8 finala vəsiqə əldə edib.

Trend-in məlumatına görə, Azərbaycan idmançısı ispaniyalı Uriarte Suqoi üzərində qələbə qazanıb.

Azərbaycan XXXI Yay Olimpiya Oyunlarında əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə – idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə təmsil olunur. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Azərbaycan triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq.

Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüblər.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunacaq. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti