...

İdman sahəsində İtaliyanın 3 universiteti ilə əməkdaşlıq ediləcək (FOTO)

İdman Materials 3 Oktyabr 2016 11:51 (UTC +04:00)
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin Erasmus proqramının koordinatoru ilə görüş kecirilib.
İdman sahəsində İtaliyanın 3 universiteti ilə əməkdaşlıq ediləcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın Kassino və Cənubi Lasio Universitetinin rektoru, İtaliyanın ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin Erasmus proqramının koordinatoru ilə görüş kecirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, idman tədrisi sahəsində təcrübəni bölüşmək və gələcək əməkdaşlıq haqqında imkanları müzakirə etmək məqsədilə keçirilən görüşün nəticəsi olaraq məşqçilərin hazırlanması, idman tibbi və idman menecmenti sahələrində davamlı əməkdaşlıq, yeni tədris proqramlarının hazırlanması, eyni zamanda müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı bir sıra məsələlər, o cümlədən bioetika və idman etikası, biokimya və molekular biologiya sahəsində adaptiv mexanizmlərin mükəmmələşdirilməsinə yönələn yeni texnologiyalar və dopinq məsələləri, Akademiyada elmi-tədris laboratoriyanın yaradılması, məhdud fiziki imkanları olan tələbələrin tədris prosesinə cəlb edilməsi məsələləri geniş müzakirə edilib. Qonaqlar Azərbaycanın son illər ərzində qazandığı idman uğurlarının ölkənin hazırkı inkişaf səviyyəsini və iqtisadi qüdrətini əks etdirdiyini vurğulayıb, Bakı – 2015 Birinci Avropa Oyunları, əlalxüsus da Formula – 1 Avropa Qran Prisinin Azərbaycanda keçirilməsinin Vətənimizin idman ölkəsi kimi tanınmasında və beynəlxalq imicin yüksəlməsində böyük rol oynadığını xüsusilə qeyd ediblər.

Qeyd edək ki, son zamanlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası beynəlxalq əlaqələrin inkişafı üçün ardıcıl işlər aparır. İdman təhsili sahəsində mövcud beynəlxalq təcrübəni və təhsil modellərini öyrənmək məqsədilə Akademiyanın nümayəndələri ABŞ, Almaniya, Türkiyə, Rusiya, Sloveniya, Latviya, Bolqarıstan, Belarus və s. ölkələrə ezam edilib, qarşılıqlı əməkdaşlıq əlaqələrini yaradıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti