...

İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq

İdman Materials 1 Fevral 2017 17:57 (UTC +04:00)
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq.
İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq

Bakı. Trend:

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında ən bahalı bilet 5 manat olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə “Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının korporativ direktoru Elçin Səfərov deyib.

O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarına 260 min bilet satışa çıxarılacaq: "Satışa Novruz bayramından etibarən başlanılacaq".

E.Səfərov əlavə edib ki, biletlərin qiymətləri 2 manatdan başlayacaq: "Ən bahalı biletin qiyməti 5 manat olacaq. Açılış mərasimi üçün biletlərin qiyməti 20, bağlanış mərasimi üçün isə 10 manatdan başlayacaq".

O bildirib ki, İslam Həmrəyliyi Oyunlarının başlamasına qalan 100 gün ərzində nəqliyyat planı, idman qurğuları hazırlanmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti