...

Azad Rəhimov: Builki Formula 1-ə daha çox azarkeş qatılacaq

İdman Materials 2 Fevral 2017 12:06 (UTC +04:00)
Bu il "Formula 1" yarışları ilə bağlı Azərbaycan yeni sifariş verməyəcək.
Azad Rəhimov: Builki Formula 1-ə daha çox azarkeş qatılacaq

Bakı. Samir Əli - Trend:

Bu il "Formula 1" yarışları ilə bağlı Azərbaycan yeni sifariş verməyəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın bu yarışı keçirməsi üçün bütün lazımi avadanlıqları var:

"Ötən ildən bəzi tikililər sökülməyib. Bu ona görədir ki, İslam Həmrəyliyi Oyunları mayın 22-də qurtarır, bir aydan sonra isə "Formula 1" başlayır. Yarışların təşkilində heç bir çətinlik görmürük. Bütün lazımi qurğular yerində olacaq. Bu il bu yarışın daha maraqlı olmasını gözləyirik. Ona görə ki, bütün pilotlar daha trasla tanışdırlar, yolları bilirlər. Yarışların birinci "Qran Pri"dən daha maraqlı keçəcəyinə inanırıq, daha çox qonaqların gələcəyini gözləyirik. Yeni Formula 1-i sevən Bakı azarkeşləri də bu yarışa qatılacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti