Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasında 17-ci turun oyunlarına start verilib.
Trend-in məlumatına görə, ilk oyun Qəbələdə baş tutub. Yerli komanda AZAL-ı sınağa çəkib.
Matçda ilk qol 64-cü dəqiqədə qeydə alınıb - Filip Ozobiç AZAL-ın qapısına təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirib. 90+3-cü dəqiqədə F.Ozobiç dubla imza atıb - 2:0.
Beləliklə, "Qəbələ" 17 oyundan 38 xalla liderdir. 16 oyundan 36 xallı "Qarabağ" hələlik ikincidir.