...

Azərbaycan milli komandasının baş məşqçisi: Finallara döyüşə çıxan kimi çıxacağıq (FOTO)

İdman Materials 18 Fevral 2017 23:46 (UTC +04:00)
Sabah Dünya kubokunun finallarına əsl döyüşə çıxan kimi çıxacağıq
Azərbaycan milli komandasının baş məşqçisi: Finallara döyüşə çıxan kimi çıxacağıq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Sabah Dünya kubokunun finallarına əsl döyüşə çıxan kimi çıxacağıq. Bu sözləri Trend-ə batut gimnastikası üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Şulikin deyib.

O bildirib ki, ilk günün nəticələrini pis qiymətləndirmir: "Hesab edirəm ki, idmançılar nəyə qadir olduqlarını göstərib. Mümkün olan 4 finaldan 3-nə vəsiqə qazanmaq normaldır. Onların yarışlar qabağı gördüyü işlərə və hazırlığa görə, yaxşı formada olanlar gözlənilən nəticəni göstərdilər".

O qeyd edib ki, sabahkı gün üçün heç bir proqnoz verməyəcək: "Finalda gözlənilməz şeylər baş verə bilər. Sabah geriyə yol yoxdur, maksimum gücümüzlə işləyəcəyik və finallara əsl döyüşə getdiyimiz kimi gedəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti