...

Muay-tay üzrə Azərbaycan çempionatına start verilib (FOTO)

İdman Materials 6 Mart 2017 10:01 (UTC +04:00)
Muay-tay üzrə 9-cu Azərbaycan çempionatına start verilib.
Muay-tay üzrə Azərbaycan çempionatına start verilib (FOTO)

Bakı. Trend:

Muay-tay üzrə 9-cu Azərbaycan çempionatına start verilib.

Azərbaycan Muay-tay Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda 300 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb.

Turnirin təntənəli açılış mərasimində çıxış edən federasiya prezidenti Azər Həsənsoy idmançılara uğurlar arzu edib. Daha sonra yarışın təşkilatçısı, "Best of the Best" promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov iştirakçıları salamlayaraq bu idman növünə olan maraqdan danışıb: "Muay-tay dünyada tanınan və sevilən idman növüdür. Bildiyiniz kimi, 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib. Muay-tay müsabiqədən kənar əlavə edilib. Yəni yoxlanış üçün bizim idmançılar da Tokio-2020-də mübarizə aparacaq. Üstəlik, muay-tayın Minskdə baş tutacaq ikinci Avropa Oyunlarının proqramına da daxil ediləcəyi gözlənilir. Biz bu idman növünə ikinci nəfəs gətirmək istəyirik. Gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil".

Federasiyasının yeni təyin olunan vitse-prezidenti Tural Bayramov isə yarışın nəticələrinə əsasən milli komandanın formalaşdırılacağını bildirib: "Qaliblər millinin təlim-məşq toplanışına cəlb olunacaq. Mayda komandamızı Minskdə dünya çempionatı gözləyir. Belarusa ən güclü heyətlə yollanmağı düşünürük. Qarşıda bir sıra planlar var. Muay-tayı yeni səviyyəyə yüksəltmək üçün çox çalışmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti