...

Güləşçilərimizin İslam Həmrəyliyi Oyunları öncəsi növbəti sınağı

İdman Materials 4 Aprel 2017 13:25 (UTC +04:00)
Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək.
Güləşçilərimizin İslam Həmrəyliyi Oyunları öncəsi növbəti sınağı

Bakı. Trend:

Aprelin 8-9-da Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edəcəklər.

Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaqlar.

Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçisi İlqar Abdulovun başçılığı altında yarışa qatılacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (hər ikisi 71 kq) yer alacaqlar.

Sərbəst güləşçilərin mübarizəsində isə Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvələrini sınayacaqlar. Komanda məşqçilər Sadruddin Ayqubov və Əsgərxan Novruzovun başçılığı altında yarışda iştirak edəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Proqrama əsasən, aprelin 8-də 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışacaq. 66, 75, 85, 130 kq yunan-Roma, 61, 70, 86, 125 kq sərbəst və 53, 58, 63, 75 kq çəkidə qadın güləşçilər isə aprelin 9-da mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti