...

Azərbaycanlı hakim İslamiadaya təyinat alıb

İdman Materials 9 May 2017 12:08 (UTC +04:00)
Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib.
Azərbaycanlı hakim İslamiadaya təyinat alıb

Bakı. Trend:

Mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. “Bakı Kristal Zal”da baş tutacaq döyüşlərə 27 hakim təyinat alıb.

Bu barədə Trend-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Bu siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçuların mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.

Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaq.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti