...

Bakı-2017: Türkiyədən Tacikistana voleybol dərsi

İdman Materials 11 May 2017 15:37 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir.
Bakı-2017: Türkiyədən Tacikistana voleybol dərsi

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir.

Trend-in məlumatına görə, A qrupunda Türkiyə və Tacikistan yığmaları qarşılaşıblar.

Türk futbolçular hər 3 setdə taciklərə göz açmağa imkan verməyiblər - 25:8, 25:6, 25:7 (3:0)

Bu qrupun digər oyununda ev sahibi Azərbaycan Qırğızıstanı sınağa çəkəcək.

Bakı-2017: Türkiyə voleybolçuları Türkmənistandan üstün oldular (FOTO)

Bakı-2017: Türkiyə voleybolçuları Türkmənistandan üstün oldular (FOTO)

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti