...

Avropa çempionu cüdoçumuz qələbə ilə başladı

İdman Materials 13 May 2017 11:19 (UTC +04:00)
Azərbaycan cüdoçusu, Avropa çempionu Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda mübarizəyə başlayıb.
Avropa çempionu cüdoçumuz qələbə ilə başladı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan cüdoçusu, Avropa çempionu Hidayət Heydərov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən yarışlarda mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 1/8 finalda H.Heydərovun rəqibi Toqo təmsilçisi Frederik Adebayo Olimpio olub.

Gərgin keçən mübarizədə idmançımız rəqibinə qalib gəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti