Bakı. Vüqar İmanov - Trend:
Biz çox çalışmışdıq və şadam ki, əməyimiz mükafatla təltif olundu.
Bunu Trend-ə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atlet Elnarə Abbasova deyib.
O deyib: “Uğur əldə etməyimə imkan yaratmış hər kəs – anam, məşqçilər, Federasiya rəhbərliyi qarşısında baş əyirəm. İslamiadanın Bakıda keçirilməsi, möhtəşəm açılış, təşkilatın yüksək səviyyəsi, bütün bunlar idman tarixinə düşəcək”.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.