...

Bakı-2017: Üzgüçülük komandamız üçüncü oldu

İdman Materials 17 May 2017 18:52 (UTC +04:00)
Qadın üzgüçülərin 4X100 m kompleks estafet yarışında qaliblər müəyyənləşib.
Bakı-2017: Üzgüçülük komandamız üçüncü oldu

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın üzgüçülərin 4X100 m kompleks estafet yarışında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, Fatimə Əlkərəmova, İlahə Raciyeva, Alsu Bayramova və Yuliya Stisyukdan ibarət yığmamız finalda 4:34.42 dəqiqə nəticə göstərərək bürünc medal qazanıblar.

Birinci yeri Türkiyə, ikinci yeri isə İndoneziya üzgüçüləri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti