...

"Olimpiya Hərəkatı - 2017"nin qalibləri məlum olub (FOTO)

İdman Materials 6 İyun 2017 12:31
"Olimpiya Hərəkatı - 2017"nin qalibləri məlum olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Olimpiya Hərəkatı - 2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin qalibləri bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən final mərhələsində Bakı şəhəri üzrə 12 rayondan 60 məktəbin komandası qalibiyyət uğrunda mübarizə aparıb. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılıblar.

Məktəblilər 5 idman növü – voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə yarışıblar.

Final mərhələsinin nəticəsinə əsasən, atletika idman növü üzrə 160 nömrəli Klassik Gimnaziyanın komandası I, Ankara Liseyinin komandası II, 145 nömrəli tam orta məktəbin komandası III, voleybol idman növü üzrə 269 nömrəli tam orta məktəbin komandası I, 248 nömrəli tam orta məktəbin komandası II, 236 nömrəli tam orta məktəbin komandası III, basketbol idman növü üzrə 220 nömrəli məktəb-liseyin komandası I, 17 nömrəli tam orta məktəbin komandası II, Ankara Liseyinin komandası isə III yerə layiq görülüb. Velosiped idman növü üzrə 114 nömrəli tam orta məktəbin komandası I, 29 nömrəli tam orta məktəbin komandası II, Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin komandası III, badminton idman növü üzrə 104 nömrəli tam orta məktəbin komandası I, 286 nömrəli tam orta məktəbin komandası II, 260 nömrəli tam orta məktəbin komandası III yeri qazanıb.

Bu münasibətlə, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” idman proqramının bağlanış mərasimi keçirilib.

Mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib.

Çıxış edənlər bildiriblər ki, “Olimpiya Hərəkatı–2017” proqramının əsas məqsədi olimpiya idman növlərinin məktəblilər arasında təbliğini aparmaqla, şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir. Proqramın Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

Tədbirdə qaliblər təşkilat komitəsinin təsis etdiyi kubok, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Mükafatlandırma mərasimi rəqs qruplarının maraqlı çıxışları ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti