...

Formula 1 pilotlarının birinci sərbəst yürüşü başladı

İdman Materials 23 İyun 2017 13:13 (UTC +04:00)
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində pilotların birinci sərbəst yürüşü başlayıb.
Formula 1 pilotlarının birinci sərbəst yürüşü başladı

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində pilotların birinci sərbəst yürüşü başlayıb.

Trend-in məlumatına görə, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Azərbaycan paytaxtında artıq ikinci dəfədir keçirilən Formula 1 yarışında bu gün pilotlar birinci və ikinci sərbəst yürüşlərə çıxır. İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti