Bakı. Ənvər Məmmədov - Trend:
Formula 1 Azərbaycan Qran Prisinin sıralama turunun sonlarına yaxın "Red Bull" pilotu Daniel Rikkiardo mübarizəni dayandırıb.
Trend-in məlumatına görə, D.Rikkiardo altıncı döngənin çıxışında səhvə yol verib və nəticədə avtomobilin arxa qanadı sıradan çıxıb.
Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.
Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayıb, yekunda pilotların düzülüşü müəyyənləşib. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.