Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakı Atıcılıq Mərkəzində atıcılıq üzrə Avropa çempionatının yarışlarının 13-cü günü start götürür.
Trend-in məlumatına görə, çempionatın 13-cü günündə dairəvi stend üzrə qarışıq komanda yarışları keçirilir. Bu növdə ölkəmizi Emin Cəfərov, Nurlana Cəfərova, Fuad Qurbanov və Regina Meftaxetdinova təmsil edirlər.
Bundan başqa, bu gün kişilər və yeniyetmələr arasında 50 metr məsafəyə qaçan hədəfə atəşaçma üzrə yarışların qalibləri müəyyən olunacaq.
Qeyd edək ki, Bakıda atıcılıq üzrə Avropa çempionatı iyulun 22-də başlayıb və avqustun 3-nə qədər davam edəcək.