Bakı. Trend:
Ukraynanın Odessa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Ribas” turu keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bir günlük yarışda Azərbaycan yığma komandasının 4 üzvü – Elçin Əsədov, Ənvər Asanov, İsmayıl İlyasov və Musa Mikayılzadə iştriak ediblər.
Velosipedçilərimizdən ən yüksək nəticəyə yığmamızın lideri E.Əsədov imza atıb. O, 154 km məsafəni 3 saat, 42 dəqiqə, 55 saniyəyə qət edərək finiş xəttini 3-cü keçib. Bu nəticə idmançımıza 25 reytinq xalı qazandırıb.