...

Həvəskarların üzgüçülük yarışı keçiriləcək

İdman Materials 14 Avqust 2017 18:55 (UTC +04:00)
Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunacaq həvəskarların üzgüçülük yarışı keçiriləcək.
Həvəskarların üzgüçülük yarışı keçiriləcək

Bakı. Trend:

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, “Olimpiya dünyası” qəzeti və “Sportsman” jurnalının birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin 25 illiyinə həsr olunacaq həvəskarların üzgüçülük yarışı keçiriləcək.

Trend-in məlumatına görə, yarış, avqustun 19-u, saat 11:00-da “Fairmont” hotelin “ESPA” sağlamlıq mərkəzində keçiriləcək. Turnirin qaliblərinə və xüsusi fərqlənənlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

Yarış, çay dəstgahı və 80-90-cı illərin diskotekası ilə tamamlanacaq.

Xəbər lenti

Xəbər lenti