...

Mövsümün bədii gimnastika üzrə son Dünya Kuboku yarışı yekunlaşdı

İdman Materials 15 Avqust 2017 13:42 (UTC +04:00)
11-13 avqust tarixlərində Rusiyanın Kazan şəhəri bədii gimnastika üzrə bu ilin sonuncu Dünya Kuboku mərhələsinə ev sahibliyi edib.
Mövsümün bədii gimnastika üzrə son Dünya Kuboku yarışı yekunlaşdı

Bakı. Trend:

11-13 avqust tarixlərində Rusiyanın Kazan şəhəri bədii gimnastika üzrə bu ilin sonuncu Dünya Kuboku mərhələsinə ev sahibliyi edib.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Azərbaycan gimnastlarının da yer aldığı turnirdə ümumilikdə 33 ölkədən nümayəndələr iştirak edib. Ölkəmizi qrup hərəkətləri proqramında təmsil edən Ayşən Bayramova, Elif Zeynep Celep, Diana Doman, Aleksandra Platonova və Siyana Vasileva 2 kompozisiya ilə final mərhələsinə vəsiqə qazanaraq, yekun nəticədə hər iki çıxış üzrə 6-cı pillədə qərar tutublar. Çoxnövçülükdə isə qızlarımız 7-ci yerlə kifayətləniblər. Qrup hərəkətləri üzrə komandalar arasında liderlik Rusiya təmsilçilərində olub.

Fərdi proqramda isə ölkəmiz gənc gimnastımız Zöhrə Ağamirovanın timsalında təmsil olunub. O, 4 alət ürzə yekun nəticəyə əsasən 24-cü yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti