...

Çempionlar Liqasının pley-off mərhələsinin bir sıra oyunları keçirilib - NƏTİCƏLƏR

İdman Materials 23 Avqust 2017 01:01 (UTC +04:00)
Çempionlar Liqasının pley-off mərhələsinin bir sıra oyunları keçirilib
Çempionlar Liqasının pley-off mərhələsinin bir sıra oyunları keçirilib - NƏTİCƏLƏR

Bakı. Trend:

Çempionlar Liqasının pley-off mərhələsinin bir sıra oyunları keçirilib.

Trend-in məlumatına görə, artıq qrup mərhələsinə yüksələn ilk komandanın adı bəllidir. Bu, Şotlandiyanın "Seltik" klubudur. Qazaxıstanda "Astana"ya 3:4 hesabı ilə uduzan komanda ilk görüşdə qazanılan qələbə sayəsində (5:0) mərhələni adlayıb.

Öz meydanında “Sevilya”ya 1:2 hesabı ilə uduzan Türkiyənin “Başakşəhər” klubu bu dəfə rəqibi ilə İspaniyada qarşılaşıb. Matçda hesabı Türkiyə təmsilçisi açsa da, "Sevilya" oyunun gedişatını dəyişməyi bacarıb. 4 qolun vurulduğu görüşdə qalib aşkarlanmayıb - 2:2.

"Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 4:3
Qollar: Ajer, 26-avtoqol (1:0), Sincler, 34 (1:1), Mujikov, 48 (2:1), Tvumasi, 49 (3:1), 69 (4:1), Ntcam, 80 (4:2), Griffits, 90 (4:3)
İlk oyun - 0:5

"Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) 1:0
Qol: Viller, 15
İlk oyun - 1:2

"Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) 0:1
Qol: Marin, 25
İlk oyun - 1:2

"Nitsa" (Fransa) - "Napoli" (İtaliya) 0:2
Qollar: Kalyexon, 48, İnsinye, 89
İlk oyun - 0:2

"Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə) 2:2
Qollar: Elia, 17 (0:1), Eskudero, 52 (1:1), Ben Yedder, 75 (2:1), Viska, 83 (2:2)
İlk oyun - 2:1

Məqalədə:
Xəbər lenti

Xəbər lenti