...

Liza Vortman Avropa Gimnastika İttifaqının yeni baş direktorudur

İdman Materials 6 Sentyabr 2017 16:15 (UTC +04:00)

Bakı. Trend:

Avropa Gimnastika İttifaqı (UEG) baş direktor vəzifəsində Liza Vortmanı (Almaniya) təqdim edib.

Trend bu barədə UEG-ə istinadən məlumat verir.

Sentyabrın 1-dən vəzifələrinin icrasına başlayan Liza Vortman daha əvvəl İsveçrə Gimnastika Federasiyasının turnirlərin təşkili departamentinin direktoru olub, 2011 və 2016-cı illərdə keçirilmiş idman gimnastikası üzrə Avropa çempionatlarının təşkilində təcrübəyə malikdir.

Onun yeni vəzifədə ilk turnirləri payızda keçiriləcək aerobika və akrobatika üzrə Avropa çempionatları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti