...

"Azecolab" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı oldu

İdman Materials 25 Sentyabr 2017 10:36 (UTC +04:00)
"Azecolab" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı oldu.
"Azecolab" komandası ABL Cup 2017/18 futbol turnirinin iştirakçısı oldu

Bakı. Trend:

"Azecolab" komandası mini-futbol üzrə Azərbaycan şirkətləri arasında korporativ AZFAR “Biznes liqa” çempionatının iştirakçısı oldu.

Trend-in məlumatına görə, ABL Cup 2017-18 formatında və miqyasında turnir Azərbaycanda ilk dəfə və Azfargroup-un meydançalarında keçiriləcək.

Azecolab Company MMC beynəlxalq (İSO17025, OHSAS 18001, İSO 14001) və yerli (AzDax 17025) akkreditasiyalardan keçmiş ekologiya sahəsində analitik laboratoriya xidmətlərini göstərən şirkətdir. 2000-ci ildən bu günə kimi daimi inkişaf, müştəri məmnuniyyətinin təmin edilməsi siyasəti üzrə fəaliyyət göstərir. Müştərilərini dəqiq və keyfiyyətli nəticələrlə təmin edir.

Şirkət əməkdaşları SƏTƏM siyasəti ilə xüsusi məlumatlandırılır və əməkdaşların sağlamlığı şirkət rəhbərliyi üçün böyük əhəmiyyət kəsb edir. İdmanla fərdi şəkildə məşğul olan əməkdaşlara şirkət tərəfindən daima dəstək olunur və motivləşdirilirlər. Azecolabın futbol komandası təmsilçiləri ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin təşkil etdiyi “Azfar Business League” ABL Cup 2017/18 çempionatında iştirak etmək üçün xüsusi əzmlə hazırlaşır və yüksək nailiyyət əldə edəcəkləri ilə bağlı rəhbərlik tərəfindən inam qazanıblar.

Azecolab rəhbərliyi inanır ki, bu turnir yalnız komandanın rəqabət gücünü deyil, həmçinin şirkətlərarası əlaqələrin inkişafının artmasına kömək olacaqdır.

Azərbaycan şirkətləri arasında keçiriləcək mini-futbol üzrə “Biznes-liqa” korporativ turnirinə qeydiyyat davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfargroup" şirkətinin futbol meydanlarında keçiriləcək. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Çempionatda iştirak üçün yerlərin sayı məhduddur. Çempionatla bağlı ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az, eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti