...

Millimizin liberosu qadın voleybolu üzrə Avropa çempionatının rəmzi yığmasında yer alıb

İdman Materials 2 Oktyabr 2017 01:12 (UTC +04:00)
Qadın voleybolu üzrə Bakıda keçirilən Avropa çempionatının rəmzi yığması açıqlanıb.
Millimizin liberosu qadın voleybolu üzrə Avropa çempionatının rəmzi yığmasında yer alıb

Bakı. Trend:

Qadın voleybolu üzrə Bakıda keçirilən Avropa çempionatının rəmzi yığması açıqlanıb.

Trend-in Avropa Voleybol Konfederasiyasının (CEV) saytına istinadən verdiyi məlumata əsasən, müxtəlif oyunçulardan qurulmuş simvolik yığmada Azərbaycan millisinin üzvü də yer alıb.

Çempionatın ən yaxşı liberosu millimizin voleybolçusu Valeriya Məmmədova seçilib. Ən yaxşı hücumçular Brankiça Mixayloviç (Serbiya), Löneke Slotyes və Anne Bayiş (hər ikisi Hollandiya), blokçular Eda Dündar (Türkiyə), Stefana Velyikoviç (Serbiya), toppaylayıcı isə Laura Diykema (Hollandiya) olub.

Qadın voleybolu üzrə Avropa çempionatının yekun nəticələri:

1-ci yer: Serbiya

2-ci yer: Hollandiya

3-cü yer: Türkiyə

4-cü yer: Azərbaycan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti