...

Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirində iştirak edəcək

İdman Materials 26 Oktyabr 2017 14:22 (UTC +04:00)
Oktyabrın 28-29-da Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçiriləcək.
Sərbəst güləşçilərimiz Rusiyada beynəlxalq turnirində iştirak edəcək

Bakı. Trend:

Oktyabrın 28-29-da Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə "Yuqra Kuboku" beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcəklər.

Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, oktyabrın 28-də 57, 65, 74 və 97 kq çəkidə qaliblər müəyyənləşəcək. 61, 70, 86 və 125 kq çəki dərəcəsində güləşçilər isə oktyabrın 29-da qüvvələrini sınayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti