...

Şeydayev millinin matçlarında oynamayacaq

İdman Materials 6 Noyabr 2017 18:19 (UTC +04:00)
Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.
Şeydayev millinin matçlarında oynamayacaq

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Trend AFFA-ya istinadən məlumat verir ki, Premyer Liqanın 11-ci turunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib.

Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti