...

Futbolçular "oturaq aksiya" keçirdilər (FOTO/VİDEO)

İdman Materials 21 Noyabr 2017 13:06 (UTC +04:00)
Serbiya çempionatının 17-ci turunun "Spartak" - "Borats" oyununda qalmaqal yaşanıb.
Futbolçular "oturaq aksiya" keçirdilər (FOTO/VİDEO)

Bakı. Trend:

Serbiya çempionatının 17-ci turunun "Spartak" - "Borats" oyununda qalmaqal yaşanıb.

Trend-in məlumatına görə, matç zamanı hakimin "Borats"ın qapısına penalti təyin etməsinə futbolçular sərt etiraz ediblər. Buna görə iki oyunçunun qırmızı kart almasından sonra "Borats"ın futbolçuları meydanda oturaraq oynamaqdan imtina ediblər.

Sonradan oyun bərpa olunsa da, qonaq futbolçular özlərini "qeyri-adi" aparıblar. Məsələn, qapıçı topu hər dəfə tribunalara atıb.

Oyun "Spartak"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti