...

"Keşlə"nin oyunçuları futboldan birdəfəlik uzaqlaşdırıldı

İdman Materials 1 Dekabr 2017 15:06 (UTC +04:00)
“Keşlə”nin oyunçuları futboldan birdəfəlik uzaqlaşdırıldı.
"Keşlə"nin oyunçuları futboldan birdəfəlik uzaqlaşdırıldı

Bakı. Trend:

“Keşlə”nin oyunçuları futboldan birdəfəlik uzaqlaşdırıldı.

Trend-in məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Qərarda deyilir ki, “Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.

AFFA danışılmış oyunlarda iştirak edən bütün şəxsləri şiddətlə qınayır

AFFA danışılmış oyunlarda iştirak edən bütün şəxsləri şiddətlə qınayır

Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Tərəflər bu qərarı aldıqdan sonra 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti