...

Azərbaycan - Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

İdman Materials 12 Yanvar 2018 18:29 (UTC +04:00)
Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
Azərbaycan - Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Gürcüstan millisinin Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.

AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti