...

AZFAR futbol məktəbi üçüncü "Açıq qapılar günü"nü keçirib (VİDEO)

İdman Materials 30 Yanvar 2018 13:43 (UTC +04:00)
Yanvarın 28-də Azfar futbol məktəbinin üçüncü “Açıq qapılar günü” keçirildi.
AZFAR futbol məktəbi üçüncü "Açıq qapılar günü"nü keçirib (VİDEO)

Bakı. Trend:

Yanvarın 28-də Azfar futbol məktəbinin üçüncü “Açıq qapılar günü” keçirildi. Səhər saatlarından artıq valideynlər və uşaqlar məktəbin meydançasında toplanaraq, maraqla meydançada baş verənləri izləyirdilər.

Tədbirin təşkilatçıları və məşqçi komandası, gələn qonaqlar üçün maraq dolu bir futbol bayramı yaratmaq niyyətində idilər. Uşaqlar üçün maraqlı yarışlar və oyunlar təşkil olunmuşdu. Əyləncə dolu yarışlarda iştirak edərək uşaqlar, ilk uğurlarının sevincini yaşamağa nail oldular. Məşqlərə yeni qatılanlar belə oyunlarda aktiv iştirak edərək, yeni dostlar qazandılar.

Nümunəvi məşqlərdən sonra Azfar futbol məktəbinin baş məşqçisi Vladislav Qədirov valideynlərin suallarını cavablandıraraq, tədbirə qatılanlara təşəkkürünü bildirib.

Qeyd edək ki, Azfar Futbol məktəbinin baş məşqçisi, UEFA A kateqoriyasına sahib olan Vladislav Əziz oğlu Qədirov 17 yaşında SSRİ milli komandasının tərkibində gənclər arasında dünya çempionu olmuşdur.

Yuxarıda qeyd olunan faktlara əsaslanaraq, övladlarınızın futbol gələcəyini əminliklə Azfar futbol məktəbinin məşqçi komandasına həvalə edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, AZFAR futbol məktəblərində yalnız oğlanlar üçün deyil, qızlar üçün də seksiyalar nəzərdə tutulmuşdur. Məşqlər 4-15 yaş arası uşaqlar üçün 6 yaş kateqoriyası üzrə keçirilir.

Münasib qiymət, tək abunəliyin tətbiqi, rahat ödəniş üsulları da AZFAR məktəblər şəbəkəsinin əhəmiyyətli üstünlüklərindəndir.

Əlavə məlumat üçün: +99450 295 21 29, +99412 404 73 39
https://www.facebook.com/azfarfootballschool/
http://www.asep.az/az/azfarfootballschool

Məqalədə:
Xəbər lenti

Xəbər lenti