...

Bakıda keçiriləcək dünya çempionatının iştirakçılarına tibbi xidmət göstərəcək tibb müəssisəsi müəyyənləşdirilib

İdman Materials 8 Fevral 2018 17:44 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı şəhərində keçirilməsi planlaşdırılan velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı zamanı tibbi xidmətə ehtiyacı olan çempionat iştirakçılarıvə qonaqlar Bakı şəhər Kliniki Tibbi Mərkəzdə hospitalizasiya ediləcəklər.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, səhiyyə naziri Oqtay Şirəliyevin 2018-ci ildə Bakı şəhərində keçirilməsi planlaşdırılan Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının təşkilinə dair imzaladığı əmrdə öz əskini tapıb.

Əmrdə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının, qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi kimi tapşırıqlar əks olunub.

Həmçinin, çempionatın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda çempionat iştirakçılarının və qonaqların hospitalizasiyasını Bakı şəhər Kliniki Tibbi mərkəzində yerləşdirilməsi, digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi, nümayəndə heyətləri üçün nəzərdə tutulmuş mehmanxanalarda sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarətin artırılması, stadionda tibbi xidmətlərin göstərilməsi üçün avadanlıq, tibbi ləvazimatların təminatı və təşkilinə dair tapşırılar verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti