...

Azərbaycan - Makedoniya oyununun vaxtı dəyişdirilib

İdman Materials 7 Mart 2018 17:44 (UTC +04:00)
Azərbaycan - Makedoniya oyunu 1 saat tez başlayacaq.
Azərbaycan - Makedoniya oyununun vaxtı dəyişdirilib

Bakı. Trend:

Martın 27-də Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, “Mardan” stadionunda keçiriləcək qarşılaşmanın vaxtı dəyişdirilib.

Qarşılaşma, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Xatırladaq ki, daha öncə oyunun yerli vaxtla saat 20:00-da başlanması nəzərdə tutulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti