...

Səudiyyə Ərəbistanından olan məşqçi: Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman meydançalarından biridir (FOTO)

İdman Materials 9 Mart 2018 14:11 (UTC +04:00)
"Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman meydançalarından biridir".
Səudiyyə Ərəbistanından olan məşqçi: Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman meydançalarından biridir (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

"Bakıdakı Milli Gimnastika Arenası dünyada ən yaxşı idman meydançalarından biridir".

Bunu Trend-ə idman gimnastikası üzrə Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi Fəth Kamal Nida deyib.

Məşqçi bildirib ki, arenada idmançılar üçün yaradılan şərait onların xoşuna gəlir.

Baş məşqçinin sözlərinə görə, Səudiyyə Ərəbistanı Dünya Kubokunda gənc idmançılarla təmsil olunacaq, ona görə də komanda Bakıda təlim-məşq toplanışlarında iştirak etmək qərarı verib:

“Qeyd etmək istəyirəm ki, mən 15 gün əvvəl işə başlamışam və ümid edirəm ki, biz bu turnirdə uğurla çıxış edəcəyik. Biz buraya daha erkən gəldik ki, mühitə və alətlərə uyğunlaşa bilək. Bu, gənc idmançılarımız üçün çox vacibdir, çünki onların bu cür iri turnirlərdə iştirak təcrübəsi yoxdur. Yarışlara gəldikdə isə qeyd edim ki, o, çox gərgin keçəcək. Burad iştirak edən hər bir idmançı ən yüksək nailiyyəti hədəfləyir”.

Qeyd edək ki, martın 15-dən 18-dək Bakıda Milli Gimnastika Arenası üçüncü dəfə idman gimnastikası üzrə FIG Dünya Kuboku turnirini qəbul edəcək.

Yarışlarda 25 ölkədən 102 gimnast iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti