Bakı. Trend:
Bu gün şahmat üzrə İddiaçılar Turnirinin onuncu turu keçirilib.
Trend-in məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov tur çərçivəsində keçirilən oyunda ABŞ nümayəndəsi Fabiano Karuana ilə görüşüb. Oyun heç-heçə başa çatıb.
Məmmədyarov 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Birinci yerdə ABŞ təmsilçisi Fabiano Karuana, 3-cü isə rusiyalı qrossmeyster Aleksandr Qrişükdur.
Turnir Berlində "Külxaus" sərgi mərkəzinin binasında keçirilir. Turnirin mukafat fondu 420 min avro təşkil edir.
Turnir martın 27-ə kimi davam edəcək. İştirakçıların göstəriciləri eyni olduqda, martın 28-də tay-brek keçiriləcək.