Bakı. Trend:
Bu ilin iyununda Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına hazırlaşan Rusiyanın kiçik yaşlı və yeniyetmə velosipedçiləri Bakıdadır.
Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Paytaxtımızda olacaqları 10 gün ərzində onlar dünya çempionatının keçiriləcəyi BMX Trekində məşq etməklə məsul yarışa hazırlaşacaqlar.
Qeyd edək ki, iyunun 5-9-da qəbul edəcəyimiz dünya çempionatında bütün yaş qrupları üzrə planetin ən güclüləri müəyyənləşəcək.