Bakı. Trend:
Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Fənərbağça” ilə “Beşiktaş” arasında keçirilən cavab görüşü yarımçıq dayandırılıb.
Trend-in məlumatına görə, buna səbəb azarkeşlərin meydana əşyaların atması olub.
"Beşiktaş" komandasının baş məşqçisi başından xəsarət alıb və meydançanı tərk edib. Başı yarılan Günəşə dərhal ilkin tibbi yardım göstərilib və başına 5 tikiş qoyulub.
57-ci dəqiqədə hesab 0:0 olarkən Mete Kalkavan qarşılaşmanı təxirə salıb.
Qeyd edək ki, “Beşiktaş”ın braziliyalı müdafiəçisi Pepe görüşün 30-cu dəqiqəsində kobud hərəkətə görə qırmızı vərəqə almışdı.
Xatırladaq ki, komandalar arasında baş tutan ilk qarşılaşmada 2:2 hesabı ilə yekunlaşmışdı.