...

Fin idmançı: Azərbaycan Gimnastika Federasiyası hər il yarışlarda ən yüksək təşkilatçılıq səviyyəsi nümayiş etdirir

İdman Materials 28 Aprel 2018 17:44 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası hər il gimnastika yarışlarında ən yüksək təşkilatçılıq səviyyəsi nümayiş etdirir.
Fin idmançı: Azərbaycan Gimnastika Federasiyası hər il yarışlarda ən yüksək təşkilatçılıq səviyyəsi nümayiş etdirir

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Gimnastika Federasiyası hər il gimnastika yarışlarında ən yüksək təşkilatçılıq səviyyəsi nümayiş etdirir.

Bunu Trend-ə Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak edən finlandiyalı gimnast Rebekka Qerqalo deyib.

O, Bakıya artıq dördüncü dəfədir gəldiyini bildirib: "Burada iştirak etdiyim bütün turnirlər ən yüksək səviyyədə təşkil olunub. Azərbaycan Gimnastika Federasiyası bizi arenaya gətirən avtobusdan tutmuş bütün cədvələ düzgün riayət etməyədək bütün detalların işlənməsinə son dərəcə dəqiq yanaşır. Və, əlbəttə, Bakıda Milli Gimnastika Arenasını çox bəyənirəm. Bu arena gimnastların tələblərinə böyük diqqətlə yanaşılaraq yaradılıb".

Finlandiya idmançısı bakılı azarkeşlərin hər bir gimnastı isti qarşıladığını da vurğulayıb.

Qeyd edək ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti