...

Çempionlar Liqasının finalında “Real Madrid”in rəqibi “Liverpul” oldu (VİDEO)

İdman Materials 3 May 2018 00:48 (UTC +04:00)
UEFA Çempionlar Liqasının son yarımfinal oyunu keçirilib.
Çempionlar Liqasının finalında “Real Madrid”in rəqibi “Liverpul” oldu (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

UEFA Çempionlar Liqasının son yarımfinal oyunu keçirilib.

Trend-in məlumatına görə, oyun İtaliyanın paytaxtında “Roma” və “Liverpul” aralasında keçirilib.

Meydan sahiblərinin ilk dəqiqələrdən təşəbbüsü əllərinə aldıqlarına baxmayaraq ingiltərəlilər əks hücum təşkil edərək 9-cu dəqiqədə hesabı açıblar. Fərqlənən Sadyo Mane olub. Oyunun 15-ci dəqiqəsində fərqlənən yenə də “Liverpool” oldu, ancaq bu dəfə qolu öz qapısına vurdu – avtoqol sahibi Ceyms Milner oldu.

Qonaqlar oyunun 25-ci dəqiqəsində ikinci qolu vurdular, bu dəfə Corcinyo Veynaldum fərqləndi.

İkinci hissənin əvvəllərində, oyunun 52-ci dəqiqəsində Edin Dzeko hesabı bərabərləşdirdi. Oyunu əsas vaxtına 4 dəqiqə qalmış isə Radja Nainqolan “Roma”nı bir qədər ümidləndirdi – 3:2. Bu qoldan bir neçə dəqiqə sonra, oyunun əlavə olunmuş dəqiqələrində “Liverpul”un qapısına penalti təyin olundu. Radja Nainqolan bu zərbəni dəqiq yerinə yetirsə də, bu “Roma” üçün kifayət olmadı.

Xatırladaq ki, İngiltərədə komandalar arasında keçirilən ilk oyun “Liverpul”un 5:2 hesablı qələbəsi ilə bitmişdir.

Beləliklə, UEFA Çempionlar Liqasını finalında “Real Madrid” və “Liverpul” komandaları qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti