Bakı. Trend:
Futbol üzrə Braziliya yığmasının müdafiəçisi Dani Alveş Rusiyada keçiriləcək Dünya Çempionatını (DÇ-2018) buraxacaq.
Trend-in məlumatına görə, buna səbəb futbolçunun dizindən aldığı zədə olub. Qeyd olunur ki, futbolçunun dizinə əməliyyat olunmalıdır.
Qeyd edək ki, futbolçu Fransa Kubokunun final oyununda may ayının 8-də zədələnib.