...

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

İdman Materials 24 May 2018 18:23 (UTC +04:00)
Bu gün Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Trend-in məlumatına görə, iclas zamanı 2019-2020-ci il mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final oyunları, eləcə də 2020-ci il UEFA Superkuboku matçının keçiriləcəyi şəhərlər açıqlanıb.

Belə ki, həmin il Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya stadionunda keçiriləcək. Avropa Liqasının final matçına isə Polşanın Qdansk şəhəri ev sahibliyi edəcək.

Hər iki turnirin qalibi 2020-ci ilin avqustunda Portuqaliyanın Porto şəhərində, "Draqao" stadionunda Superkubokun sahibini müəyyənləşdirəcək.

Xatırladaq ki, 2019-cu ildə Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti