...

Real Madrid 13-cü dəfə Çempionlar Liqasının qalibi oldu

İdman Materials 27 May 2018 02:32 (UTC +04:00)
Kiyevin "Olimpiya" stadionunda Real Madrid və Liverpul arasında keçirilən dramatik mübarizədə İspan Kral Klubu daha güclü oldu.
Real Madrid 13-cü dəfə Çempionlar Liqasının qalibi oldu

Bakı. Trend:

Kiyevin "Olimpiya" stadionunda Real Madrid və Liverpul arasında keçirilən dramatik mübarizədə İspan Kral klubu daha güclü oldu.

Qarşılaşmanın ilk yarısı qolsuz sona çatdı. Fasilədən sonra, qapıçı səhvindən istifadə edərək, Karim Benzema hesabı açdı (1:0). Dörd dəqiqə sonra Sadio Mane hesabı bərabərləşdirdi (1:1). 64-cü dəqiqədə Qaret Beyl Liverpulun qapısına gözəl bir qol vuraraq yenidən kral klubunu önə çıxardı (2:1). Oyunun bitməsinə bir neçə dəqiqə qalmış Qaret Beyl 27 metrdən ingilis klubunun qapıçısını yenidən məyus etdi və qarşılaşmanın yekun hesabını müəyyənləşdirdi.

Beləliklə, Real Madrid futbol üzrə Avropanın ən prestijli klub turnirinin qalibi oldu.

Qeyd edək ki, Real Madrid ümumilikdə 13-cü dəfə və ardıcıl olaraq 3 dəfə kuboku qazanır və bu Çempionlar Liqasının tarixində mütləq rekord sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti