Bakı. Trend:
Stolüstü Tennis Federasiyası tərəfindən mətbuat nümayəndələri arasında 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis turniri təşkil ediləcək.
Federasiyadan Trend-ə verilən məlumata görə, turnir 14 iyulda “Şüa” idman sağlamlıq kompleksində start götürəcək.
Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.