...

Tamaşaçı: Milli Gimnastika Arenasındakı yarışlar yüksək pilotajdır

İdman Materials 10 Avqust 2018 20:00 (UTC +04:00)
Milli Gimnastika Arenasında yarışlar həmişə ən yüksək səviyyədə təşkil edilir.
Tamaşaçı: Milli Gimnastika Arenasındakı yarışlar yüksək pilotajdır

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında yarışlar həmişə ən yüksək səviyyədə təşkil edilir.

Bunu Trend-ə Bədii gimnastika üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyində yarışların tamaşaçısı Səbinə Dərdiyox deyib:

"Mən çox idman yarışlarında olmuşam, lakin Milli Gimnastika Arenasındakı mərasimlər yüksək pilotajdır. Hər şey dəqiqdir, keyfiyyətlidir, ən kiçik detallarına qədər düşünülüb".

Tamaşaçının sözlərinə görə, bu cür tədbirlərə qatılmaq uşaqları idmanla məşğul olmaq və müvəffəqiyyət əldə etməyə həvəsləndirir:

"Qızım altı yaşındadır, gimnastika ilə məşğul olmağa başlayıb və biz yarışlara gedirik ki, o, mümkün qədər tez-tez idmançıların necə çıxış etdiklərini görsün. Yarışlara baxarkən uşaqlarda idmanla məşğul olmağa motivasiya yaranır".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, həmçinin Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edəcək.

Turnir avqustun 12-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti