...

Mini-futbol millimiz mübarizəni dayandırdı (FOTO)

İdman Materials 17 Avqust 2018 15:08 (UTC +04:00)
Azərbaycan milli komandası mini-futbol üzrə qitə çempionatındakı çıxışını yekunlaşdırıb.
Mini-futbol millimiz mübarizəni dayandırdı (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycan milli komandası mini-futbol üzrə qitə çempionatındakı çıxışını yekunlaşdırıb.

Trend-in məlumatına görə, son turda Serbiya yığmasıyla qarşılaşan millimiz rəqibinə minimal hesabla məğlub olub. Bununla da aktivində 3 xal olan Azərbaycan yığma komandası yer aldığı D qrupunu dördüncü yerdə tamamlayıb.

Qeyd edək ki, millimizin yer aldığı qrupdan növbəti mərhələyə müvafiq olaraq Serbiya və Çexiya yığmaları vəsiqə qazanıb.

Serbiya 2:1 Azərbaycan

Qollar: Neboyşa Desiça 5` Stefan Radoyanoviç 9`/Asif Zeynalov 39`

Baş hakim: Sezar İonesku (Rumıniya)
Hakim: Tomaş Qoqa (Slovakiya)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti